İran və Ermənistan Qafqaz dəhlizinin açıq qalması haqda razılaşıblar
https://azeri.sahartv.ir/news/İran-i381818-İran_və_ermənistan_qafqaz_dəhlizinin_açıq_qalması_haqda_razılaşıblar
İranın yol və şəhərsalma nazirinin müavini İran və Ermənistanın Qafqaz dəhlizinin açıq qalması haqda razılaşmalarından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2021 12:27 Asia/Baku
  • Xeyrullah Xademi
    Xeyrullah Xademi

İranın yol və şəhərsalma nazirinin müavini İran və Ermənistanın Qafqaz dəhlizinin açıq qalması haqda razılaşmalarından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Xeyrullah Xademi Ermənistan rəsmilərilə effektiv iclasların keçirilməsindən və Gorus rayonunda tranzit nəqliyyat vasitələtinin probleminin həllindən xəbər verib və belə deyib: İki tərəfin rəsmilərinin hazırladıqları zaman cədvəlinə əsasən, qərara alındı ki, Ermənistan rəsmilərinin nəzərdə tutduqları alternativ Tato şose yolunun örtüyünün həyata keçirilməsi başa çatdırılsın.

Xademi sonra deyib: İrandan Ermənistana doğru sərnişin və yük daşınmaları və yük maşınlarının gediş-gəlişlərində xələlə səbəb olan Gorus rayonundakı problemin aradan qaldırılması üçün Ermənistan rəsmiləri məhsuldar görüşlər keçirilib və bu problemin aradan qaldırılması üçün olduqca münasib qərarlar çıxarılıbdır.

İranın yol və şəhərsalma nazirinin müavini sonra belə qeyd edib: Həmçinin qarşıdakı üç ayadək köməkçi şose yolu vasitəsilə alternativ istiqamətdəki hadisə yaradan nöqtələr və dolanbaclar aradan götürüləcək. Eyni zamanda, Ermənistanda yerləşən şimal-cənub dəhlizinin dördüncü hissəsi kimi Nurduzdan İrəvana və İrəvandan Gürcüstan sərhədinə uzanan digər bir alternativ əsas şose yolu salınmaqdadır.