İmam Rza(ə)-ın şəhadəti münasibətilə başsağlığı veririk
https://azeri.sahartv.ir/news/İran-i381853-İmam_rza(ə)_ın_şəhadəti_münasibətilə_başsağlığı_veririk
İslami İran Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günündə matəm içindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2021 09:51 Asia/Baku
  • İmam Rza(ə)-ın şəhadəti
    İmam Rza(ə)-ın şəhadəti

İslami İran Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günündə matəm içindədir.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün, 1443-cü hicri qəməri ili səfər ayının otuzu, 2021-ci il oktyabrın yeddisi, dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın şəhadətinin ildönümü günüdür.

Həzrət İmam Rza(ə) 148-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açıb və 203-cü hicri qəməri ili səfər ayının sonuncu günündə şəhid olubdur.

Həzrət İmam Rza(ə)-ın həyatı və imamlığı dövrü xalqın paklıq Əhli-Beyti(ə)-a təmayülünün yüksəldiyi dövrə təsadüf edir.

Xalqın dünya şiələrinin səkkizinci imamı(ə)-a olan meylinin yüksəlməsilə Abbasi xəlifəsi Məmun fitnəkarlıqla o həzrəti zəhərləndirərək, şəhid etdi.

İran İslam Respublikasının Teleradio Təşkilatı Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.