Okt 19, 2021 13:12 Asia/Baku
  • Vəhdət həftəsi mübarək!
    Vəhdət həftəsi mübarək!

Bu gün, 1443-cü hicri qəməri ili rəbiuləvvəl ayının on ikisi, 2021-ci il oktyabrın 19-u, rəvayətə görə, Əziz İslam Peyğəmbəri, Həzrət Məhəmməd Mustafa(s.ə.s)-in mövludunun ildönümü günü və Vəhdət həftəsinin başlanğıc günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, Sünni əhli rəbiuləvvəl ayının 12-ni, şiələr isə bu ayın 17-ni, Əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü günü bilirlər.

Özü İslam Dünyasında vəhdət carçılarından olmuş İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə.) bu məsələdən islami qrupların birliyi və yaxınlaşmaları üçün istifadə etdi və bu iki tarix arasındakı müddəti "vəhdət həftəsi" adlandırdı.

Bu həftə xüsusən fitnə və çaxnaşma ilə dolu olan indiki zamanda İslam Dünyasının həmrəyliyi və birliyi zərurətinin daha artıq diqqətlə araşdırılması üçün münasib bir fürsətdir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı mübarək vəhdət həftəsinin başlanması münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir!

 

Teqlər