Okt 19, 2021 19:14 Asia/Baku
  • Bəhram Eynullahi
    Bəhram Eynullahi

Ölkədə korona ilə mübarizə üzrə milli qəhrəmanlığın yarandığını bildirən İranın səhiyyə naziri deyib ki, İrandakı vaksinasiya sürəti qərbliləri tamamilə təəccübləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Bəhram Eynullahi belə söyləyib: Bİzİm daxili istedadlarımız olduqca çoxdur və bu istedadların cəmiyyətə gəlməsi və onlardan bəhrələnməyimiz lazım olubdur.

O, sonra belə qeyd edib: Vaksinasiya məsələsində bu gün təqribən 75 milyon inyeksiyaya çatmışıq. Bu sürət qərbliləri tamamilə təəccübləndirib. Ötən həftə səkkiz milyon dörd yüz min doza aşılama, yəni əmirliklərin əhalisinin sayı, həmçinin Qətər və Küveytin əhalsinin sayının ikiqatı qədər inyeksiyanın şahidi olmuşuq. Onlar ötən bir neçə ay ərzində iddia edirdilər ki, öz xalqlarının hamısını vaksinasiya ediblər, amma biz bir həftə ərzində bu statistikanı qeydə aldıq; bu statistika yalnız və yalnız xalqın himayəsinə görə, gerçəkləşibdir.

 

Teqlər