Okt 20, 2021 21:07 Asia/Baku
  •  İsgəndər Mömini
    İsgəndər Mömini

Müxbirimiz İranın narkotiklərlə mübarizə qərargahının baş katibi İsgəndər Mömininin İlham Əliyevin İrana qarşı ittihamları barədəki nəzərini öyrənib.

SəhərAzəri-nin məlumatına əsasən, -O qədər aydındır ki, bunu Azərbaycan Respublikasına deməliyəm: Heç olmasa, öz xalqınız və ümumi fikrinizə hörmət qoyun.

Narkotik maddələr sahəsində demək lazımdır ki, BMT-nin narkotiklə mübarizə ofisinin nümayəndəsi narkotik maddələrin aşkar edilməsi sahəsindəki fəaliyyətinə görə, İrana təşəkkür edib və bildiribdir ki, İran İslam Respublikası təklikdə dünya üzrə tiryəkin doxsan, morfinin 72 və heroinin 20 faizini aşkar edib və ötən il də 1177 ton narkotik maddə üzə çıxarıbdır.

Mənim sualım budur ki, İran istehsalın nə mənbəyi, nə istehsal və istehlakın hədəf nöqtəsidir, nə də ki, onun yolunda yerləşir. İran, Azərbaycan Respublikası və digər ölkələrin bir istiqamətdə yerləşdikləri bir halda, necə olur ki, İran 1177 ton narkotik aşkar edib, bu iddianı edən Azərbaycan Respublikası isə vur-tut, iki ton aşkar edə bilibdir?

Belə bir şəraitdə, bu söz-söhbətlər nəinki iki ölkə arasında dinc yanaşı yaşama prinsipinin pozulmasına, həm də onların özlərini rəzil və alçaq göstərmələrinə səbəb olur.

Demək lazımdır ki, İran İslam Respublikası narkotiklə mübarizənin ön xəttində yerləşir. Elan olunmuş statistika, BMT-nin rəsmi statistikasıdır və bütün dünya onu etiraf edir. Bu söz-söhbətlər yalnız onların öz ümumi fikirlərinə hörmətsizlik etmələri və onları saya salmamaları mənasına gəlir. Təklif edirəm ki, Azərbaycan Respublikası hökuməti öz daxilinə daha yaxşı nəzər salıb görsün ki, dövlət səviyyəsində qaçaqmalçılıq necə həyata keçirilir.

 

Teqlər