Okt 21, 2021 12:18 Asia/Baku
  •  «Görünməz xətlər» filmi
    «Görünməz xətlər» filmi

İranlı rejissor Mehdi Rəxşaninin «Görünməz xətlər» filmi Belqradda keçirilən 12-ci beynəlxalq əlillər film festivalının laureatı olub.

SəhərAzəri-nin məlumatına əsasən, Oktyabrın 18-dən 20-dək keçirilən bu mədəni tədbirdə dünya üzrə on iki sənədli filmdən dörd ən yaxşı film, o sıradan İranın sənədli filmi mükafata layiq görülüb.

Festivalda Serbiyadan olan çox sayda filmdən əlavə, İran, Bosniya və Herseqovina, Almaniya, Fransa, Rusiya, ABŞ, İtaliya, Belçika və İrlandiya da daxil olmaqla xarici ölkələrdən də filmlər nümayiş etdirilib.

Festivalın bağlanış mərasimində iştirak edən İranın Serbiyadakı səfirliyinin mədəniyyət attaşesinin başçısı Məhəmməd Tağı Bəxtiyari iranlı rejissor tərəfindən onun mükafatını təhvil alıb.

 

Teqlər