Okt 21, 2021 16:12 Asia/Baku
  • General Baqiri
    General Baqiri

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyanın Həştəxan şəhərində yerləşən Solyanka limanındakı infrastrukturlar və imkanlar ilə tanış olub.

SəhərAzəri-nin məlumatına əsasən, Moskva və Sankt-Peterburqda Rusiyanın yüksək rütbəli müdafiə rəsmilərilə görüşdən sonra Həştəxan şəhərinə daxil olan general-mayor pasdar Məhəmməd Baqiri Həştərxanın dövlət rəsmiləri və onu müşayiət edən nümayəndə heyətilə yanaşı Xəzər dənizi yolu ilə ticarət mallarının idxalı və ixracı prosesini nəzərdən keçirib.

Həştərxan limanı İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Rusiyaya səfərinin üçüncü məqsədi olub.

Həştərxan limanı Xəzər dənizinin şimalında və Volqa çayının kənarında yerləşir və İran ilə Rusiya arasındakı ticarət mallarının idxalı və ixracı üzrə mühüm limanlardan biri sayılır.

Xəzər dənizinin şimalından təqribən əlli kilometr aralıda yerləşən Həştərxan liman şəhəri iri Volqa çayı vasitəsilə Xəzərə qovuşur.

İran İslam Respublikası Solyanka limanının mülkiyyətinin 53 faizinə malikdir və qərar üzrə bundan sonra bu strateji liman İran ilə Rusiya arasında dəniz yolu ilə ticarət mübadilələrində daha fəal rola malik olacaq.

 

Teqlər