Okt 22, 2021 12:29 Asia/Baku
  • BMT
    BMT

İran İslam Respublikasının BMT Baş Assambleyasının siyasi və müstəmləkəçiliyin aradan qaldırılması komitəsindəki nümayəndəsi sionist rejimin hədələrinə cavabda deyib ki, dünya ictimaiyyəti və BMT sionist rejimi öz qeyri-insani hərəkətlərinə cavabdeh etməlidirlər.

SəhərAzəri-nin məlumatına əsasən, İran nümayəndəsi əlavə edib: Bu rejim BMT-nin bütün əlaqədar qətnamələri daxil olmaqla beynəlxalq hüququ biabırçı tərzdə pozmaqla Fələstin xalqının və öz işğalı altında olan sair ərəb sakinlərin şəni və əsas hüquqlarına qarşı təcavüzü davam etdirir.

İran İslam Respublikasının nümayəndəsi sonra belə söyləyib: Korona ilə üzləşmənin problemli şəraitində və dünya ictimaiyyətinin COVID-19-un təsir və nəticələrinin azaldılması üzərində təmərküzləşdiyi bir halda, İsrail rejimi öz hərbi işğalı, ilhaqetmə planları və qanunsuz qəsəbəsalma fəaliyyətlərini şiddətləndirmək üçün bu zaman kəsiyindən sui-istifadə etməyi davam etdirir.

Sioinist rejimin region ölkələrinə qarşı əluzunluğu, Livan və Suriyanın rayonları və Cövlan yüksəkliklərinin işğalını davam etdirməsi, humanitar böhranı kəskinləşdirməsi və insanlıq normalarına sığmayan Qəzzəyə qarşı mühasirəsinə işarə edən İran nümayəndəsi bildirib ki, bu kimi hərəkətlər regional və beynəlxalq sülh və təhlükəsizliyi xətərə salıbdır.

 

Teqlər