Okt 24, 2021 16:45 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

İslam İnqilabının Böyük Rəhbəri İran İslam R espublikası quruluşunun məsul şəxslərindən bir qrupu və İslami Vəhdət konfransında iştirak edən qonaqlarla görüşdə vəhdətin əsas göstəricisini Fələstin adlandırıb və vurğulayıblar ki, sionist rejimlə münasibətləri adiləşdirən dövlətlər öz xətalarını düzəltsinlər.

SəhərAzəri-nin məlumatına əsasən, Mərhəmət Peyğəmbəri- Həzrət Məhəmməd Mustafa(s.ə.s)-in və Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli mövlud günlərinin mübarək ildönümü günündə İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası quruluşunun məsul şəxslərindən bir qrupu və İslami Vəhdət konfransında iştirak edən qonaqlarla görüşdə İslam ümməti üçün iki mühüm vəzifəni “bəşəriyyətin bütün həyat normalarında İslamın əhatəliliyin bəyanı və yayılması” və “müsəlmanların birliyinin gücləndirilməsi” adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei modern islami sivilizasiyanın yaradılması üzrə mühüm hədəfin təmin edilməsinin yalnız şiə və sünninin ittifaqı ilə mümkün sayıblar. Bildiriblər ki, müsəlmanların ittifaqı üçün əsas göstərici, Fələstindir və fələstinlilərin hüquqlarının bərpası üçün hər nə qədər ciddilik göstərilərsə, islami ittifaq güclənəcəkdir.

O həzrət bəzi region ölkələrinin qəsbkar sionist rejimlə münasibətləri adiləşdirmək üzrə hərəkətlərini böyük günah və xəta adlandırıblar. Qeyd ediblər ki, bu dövlətrlə islami birliyə zidd olan bu hərəkətdən və yoldan geri dönməli və özlərinin böyük səhvlərini düzəltməlidirlər.

Həzrət Ayətullahuluzma Xamenei müsəlmanların birliyini qəti bir fərizə və Quran göstərişi adlandırıb və belə söyləyiblər: İslami birlik xas şəraitə məxsus və taktiki bir məsələ deyil, prinsipial bir məsələdir və bu sinerji müsəlmanların güclənməsinə səbəb olacaq ki, qeyri-islami ölkələrlə əlaqələrdə də dolu əl ilə anlaşmaya girmiş olsunlar.

O həzrət vəhdətə olan ardıcıl təkidlərin səbəbini məzhəblər arasındakı böyük fərq və düşmənlərin məsafələri artırmaq üzrə ciddi-cəhdləri adlandırıblar. Bildiriblər ki, bu gün şiə və sünni kəlmələri, İslam prinsipi ilə müxalif və düşmən olan amerikalıların siyasi ədəbiyyatına da daxil olubdur.

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın və onun yetişdirdiyi amillərin İslam dünyasının hər bir yerində fitnəkarlıq etmək üzrə səylərinə işarə ilə, belə qeyd ediblər: Əfqanıstan məscidlərində müsəlman əhaliyə və namazqılanlara qarşı son təəssüf doğuran kədərli partlayışlar İŞİD tərəfindən həyata keçirilən elə bu hadisələrdəndir və amerikalılar açıq şəkildə bildiriblər ki; biz İŞİD-i yaratmışıq.

O həzrət vəhdət məsələsində illik toplantıların keçirilməsini yetərli bilməyib və belə əlavə ediblər: Bu sahədə bəhs, bəyan, təşviq, proqramlaşdırma və işin bölüşdürülməsi həyata keçirilməlidir və nümunə olaraq, elə bu Əfqanıstan məsələsində hadisələrin qarşısının alınması yollarından biri, bu ölkənin hazırkı məsul şəxslərinin mərkəz və məscidlərdə iştirakı və ya sünni əhlini müştərək toplantılarda iştiraka təşviq etməkdir.