Okt 26, 2021 17:06 Asia/Baku
  •  insan haqları
    insan haqları

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçi Cavid Rəhmanın məlumatına qətiyyətli cavabda bu kimi məlumatlarda məqsədi, yanlız insan haqlarından digər ölkələrə qarşı bir vasitə kimi istifadə adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Tehranın İran İslam Respublikasında insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçinin hesabatına cavabını İranın BMT-dəki səfiri və nümayəndəsi Zəhra İrşadi BMT Baş Assambleyasının üçüncü komitəsində qiraət edib.

«İnsan haqlarının qorunması və yüksəldilməsi bizim hamımız üçün ortaq bir hədəf olmalıdır»- deyən xanım İrşadi belə söyləyib: Bununla belə, insan haqları sahəsində ardıcıl irəliləyişə malik olan ölkələri seçim əzab-əziyyəti ilə üzləşdirmək məqsədilə insan haqları mexanizmlərindən sui-istifadə,/ həmrəylik hissini təhlükəyə salır və insan haqlarının yüksək və insani hədəflərinə xələl gətirir.

İrşadi sonra belə qeyd edib: Mövcud olan bütün faktlar və reallıqların/ İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçinin təyin edilməsində heç bir yaxşı niyyətin olmaması kimi gerçəkliyi göstərdiyi bir halda,/ İran öz demokratik idarəetmə sistemini dərinləşdirməklə xalqına xidmət göstərməkdən bir an belə, vaz keçməyəcək.

İranın BMT-dəki nümayəndəliyinin cavabında deyilir: İran ərazisi Səddamın İrana qarşı icbar etdiyi müharibə boyu xalqımızı müdafiə yolunda öz dəyərli həyatını fəda etmiş minlərlə nəfərin pak cənazəsini ehtiva edir. Bu müharibənin maliyyə mənbələri, kimyəvi silahları, tankları, təyyarələri və hətta onların mərmiləri/ nümayəndələri bu iclasda iştirak edən Qərb ölkələri tərəfindən təmin edilmişdi.

İrşadi öz çıxışında belə bir sual ortaya qoyub: Mənim ölkəmi insan haqları sahəsində məzəmmət edən ölkələrin nümayəndələri tərəfindən Kanadadakı gəhşətli soyqırımı kampaniyası haqda neçə bəyanat qiraət edilib?

İrşadi bu sualın cavabında belə deyib: Heç bir bəyanat qiraət edilməyib. Əvəzində Qərb yerli uşaqların icbari təlimində Kanadanın acı mirasının davam etməsi və insan haqları sahəsində İran İslam Respublikasının yüksək standartları ilə müqayisədə öz standartlarını tətbiq etmək sahəsində əlindən gələni əsirgəməyibdir.

 

Teqlər