İranın yanacaqdoldurma məntəqələrində problem
-
İranın yanacaqdoldurma
Bu gün günortadan öncə İrandakı yanacaqdoldurma məntəqələri problemlə üzləşiblər.
SəhərAzəri-nin məlumatına əsasən, İran Milli Təhlükəsizlik Şurasının katibliynə yaxın mənbələr bildiriblər ki, avtomobillərin yanacaqdoldurma prosesində problemin baş verməsinə səbəb olan yanacaqdoldurma sisttemində yaranmış xələl, kiber hücumundan qaynaqlanır.
Texniki mütəxəssislər yaranmış problemi aradan qaldırmaqdadırlar və tezliklə yanacaqdoldurma məntəqələrində yanacaqdoldurma prosesi adi vəziyyətə qayıdacaq.
Belə bir halda, Neft Məhsullarının Emalı və Paylanması Şirkətinin icraçı direktoru Salari bildirib ki, bəzi yanacaqdoldurma məntəqələri yanacaqdoldurma tərzini aflayn formasına salıblar ki, yanacaqdoldurma həyata keçirilmiş olsun.
Salarinin sözlərinə görə, yanacaq çatışmazlığına dair heç bir problem yoxdur.
Bu kiber hücumun detalları və onun mənşəyi araşdırılmaqdadır və mükəmməl informasiya yekun nəticədən sonra yayılacaq.