Okt 27, 2021 14:03 Asia/Baku
  • yanacaqdoldurma
    yanacaqdoldurma

İranın Neft Məhsullarının Emalı və Paylanması üzrə Milli Şirkətinin icraçı direktoru ölkə üzrə 220 yanacaqdoldurma məntəqəsinin intellektual yanacaq sisteminə qoşulması və bu stansiyalarda elektron kartla benzinin verilməsinin mümkünlüyü açıqlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Cəlil Saları deyib: " Tehran bölgəsindəki yanacaqdoldurma məntəqələrinə 35 ekspert qrupu göndərilib və hazırda bu şəhərdə 18 yanacaqdoldurma məntəqəsi elektron kartla benzin təklif edir".

Salari əlavə edib: "Bu gün səhər saatlarından ölkə üzrə yanacaqdoldurma məntəqələrinə də 300 ekspert grupu göndərilib ki, onların aktivləşdirilməsi və ağıllı yanacaq sisteminə qoşulması üçün lazımi tədbirləri həyata keçirsinlər və bu rəqəm sürətlə artacaq". 

İranın neft nazirinin müavini hazırda ölkə boyu 80 yanacaqdoldurma məntəqəsi aktivdir və bu məntəqələrdə azad benzin satılır".

Qeyd edək ki, ötən gün İranda ağıllı yanacaq sistemlərinə kiber hücumdan sonra, yanacaqdoldurma məntəqələrində yanacağın verilməsində problem yaranıb.

Teqlər