Sərdəştdə bir terror dəstəsi dağıdılıb
-
terror dəstəsi dağıdılıb
Sepah-ın quru qoşunlarının Həmzeye Seyyeduşşuhəda(ə) qərargahının ictimai əlaqələr bölməsi bildirib ki, sərhəd Sərdəşt rayonunda bir terror dəstəsi dağıdılıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Qərbi Azərbaycan vilayətində yerləşən Həmzeye Seyyeduşşuhəda(ə) qərargahının ictimai əlaqələr bölməsi bir məlumatda belə qeyd edib: Axtarış və kəşfiyyat əməliyyatından sonra ölkənin şimal-qərb bölgəsində nüfuzetmə və təxribatçılıq əməliyyatı niyyətində olan silahlı terror dəstəsi ölkəyə daxil olan kimi məhv edilib.
Məlumatda sonra belə deyilir: İş gündəmində anti-təhlükəsizlik və təxribatçılq hərəkətləri duran bir terror dəstəsinin Sərdəşt ümumi məntəqəsinə nüfuzunun ardınca Həmzeye Seyyeduşşuhəda(ə) qərargahı döyüşçülərinin vaxtlı reaksiyası ilə bu dəstə ifşa olunub və dağıdılıbdır.
Məlumatın davamında deyilir: Dəstənin məhedilməsi əməliyyatı dəqiq kəşfiyyat təqibindən sonra həyata keçirilib və bir qarşıdurmada terror dəstəsi tam şəkildə dağıdılıbdır.
Bu əməliyyatda müəyyən miqdarda silah və sursat aşkar və müsadirə edilib.
Qərbi Azərbaycan vilayətinin cənubunda yerləşən sərhəd Sərdəşt rayonu İraqla yüz kilometrlik müştərək sərhədə malikdir.