Baqiri Boqdanov ilə müzakirə edib
-
Əli Baqiri
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb və məşvərət aparıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Baqiri bu gün Moskvada Rusiya prezidentinin Qərbi Asiya və Şimali Afrika məsələləri üzrə xüsusi nümayəndəsi və Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə ikitərəfli məsələlər və münasibətlər barədə söhbət edib.
İranın Moskvadakı səfiri Kazım Cəlalinin iştirakı ilə Rusiya xarici işlər nazirliyində keçirilən müzakirələrdə tərəflər qarşılıqlı münasibətlər və iki ölkənin maraqlarını təmin etmək üçün müxtəlif meydanlarda əməkdaşlığın yüksəldilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Baqirinin və onu müşayiət edən nümayəndə heyətinin Rusiya xarici işlər nazirinin digər müavini- Sergey Ryabkovla görüşü, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavininin Moskvada nəzərdə tutulan digər proqramlarındandır. Həmin görüş İran xalqına qarşı qəddarcasına sanksiyaların ləğvi üzrə Vyanada keçirilməli olan müzakirələr barədə baxışlarda ortaqlığın yaradılması üçün təşkil olunacaq.
Əli Baqiri dünən axşam Moskvaya daxil olub.