Ümid Mazandarana qayıtdı; Sibirin yeganə durnası Firidunkənara daxil oldu
Qərbi Sibirdə qalan sonuncu durna qış mövsumunu keçirmək üçün beynəlxalq "Firidunkənar və Sorxrud" bataqlıqlarına qayıdıb.
SəhərAzəri-nin məlumatına əsasən, "Ümid" adı ilə tanınan durna Sibirdəki yaşayış yerindən Rusiya, Qazaxıstan və Azərbaycan marşurutu üzərindən İranın şimalındakı Mazandaran vilayətinin beynəlxalq "Firidunkənar" bataqlığına köçüb və dörd ay müddətinə "Firidunkənar" və "Sorxrud"un ənənəvi təsərrüfatında qidalanaraq, qış mövsumunu keçirəcək.
Mazandaran vilayətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi bölgənin yerli icmaların və sakinlərin köməyi ilə nəsli kəsilməkdə olan quşun əhəmiyyətini nəzərə alaraq, müxtəlif tədbirlər həyata keçirərək bu gözəl və qiymətli quşu qoruyur.
Nadir quş ardıcıl 14-cü ildir ki, təkbaşına köçür.