Siyasi əzmkarlıq olarsa, dünyada nüvə tərkisilahı reallaşar
-
Məcid Təxt Rəvançi
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib ki, siyasi əzmkarlıq olarsa, dünyada nüvə tərkisilahı reallaşa bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxt Rəvançi ümumdünya tərkisilah həftəsilə bir vaxtda İRNA ilə müsahibədə, sonra belə deyib: NPT müqaviləsi 1970-ci ildə icra olunarkən üzv ölkələr nüvə tərkisilahı öhdəliyini götürdülər. Başqa sözlə, nüvə silahlarına malik olan ölkələr öz nüvə silahlarını məhv edəcəkləri barədə üzərlərinə öhdəlik götürdülər.
Bu İran diplomatı sözlərinə belə davam edib: İndiyədək çox sayda ölkə nüvə tərkisilahı barədə birbaşa öhdəlik götürsə də nüvə silahlarının yayılmasının qadağanı üzrə NPT müqaviləsinin altıncı maddəsinə əsasən, siyasi bəhanələrlə bu müqaviləni qəbul etməkdən boyun qaçırıbdır.
NPT müqaviləsinə əsasən, nüvə ölkələri özlərinin bütün atom silahlarını məhv etmək barədə öhdəlik götürüblər.
Bundan əlavə, onlar hüquqi cəhətdən nüvə silahı düzəltmək üçün hər cür addımdan çəkinməkdən əlavə, bu kimi silahların digər ölkələrlə köçürülməsi, onların öz ərazilərindən kənarda yerləşdirilməsi və atom silahı düzəltmək üçün digər dövlətlərlə həmkarlıqdan çəkinməyə borcludurlar.