Xətibzadə: "İranla ABŞ arasında heç bir təmas qurulmayıb"
-
Xətibzadə
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İran İslam Respublikası ilə ABŞ arasında hər hansı bir formatda əlaqə və təmasın olmadığını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə keçirdiyi mətbuat konfransında ABŞ-ın İranla Bağdadda ikitərəfli danışıqlara dair gizli təklif ilə bağlı bəzi qərb medialarının iddiası haqqında deyib: "Uzun müddətdir ki, İran və ABŞ arasında heç bir dialoq olmayıb".
"Bizim bu haqda mövqeyimiz tamamilə aydındır. ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozan və nüvə anlaşmasından birtərəfli və qanunsuz qaydada çıxan tərəfdir ki, nüvə anlaşmasını məhv etmək üçün hər cür səy göstərdi və İran xalqına qarşı qanunsuz və amansız sanksiyalar tətbiq etdi. Bu reallıqlar və şərtlər dəyişməyincə, İranla Amerika arasında hər hansı bir formatda təmas qurula bilməz", -deyə Xətibzadə əlavə edib.
İranın diplomatiya aparatının sözçüsü vurğulayıb ki, Avropa İttifaqı passivlikdən çıxmalı və fəal aktyora çevrilməlidir.
Xətibzadə sozlərinin davamında deyib: "İran əsl İslami inanclarına və Ali Məqamlı Rəhbərin Fətvasına əsasən, heç vaxt kütləvi qırğın silahları istehsal etməyə çalışmayıb və bunun bizim müdafiə doktrinamızda yeri yoxdur".
İranın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin, Cənubi Koreya hökumətinin İranın bloklanmış pullarını qaytarmaq üçün hərəkətə keçməsinin vacibliyini vurğulayıb və deyib: "Cənubi Koreyada bloklanmış vəsaitlərimizi geri qaytarılmalıdır. Əlbəttə, bu istiqamətdə səylər göstərilib, lakin kifayət deyil".