İranın şimal-qərbində silah qaçaqmalçılığı dəstəsi məhv edilib
https://azeri.sahartv.ir/news/İran-i382737-İranın_şimal_qərbində_silah_qaçaqmalçılığı_dəstəsi_məhv_edilib
İran İslam Respublikası nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı ölkənin şimal-qərb sərhədlərində bir silah qaçaqmalçılığı dəstəsinin məhv edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2021 11:06 Asia/Baku
  • generalı pasdar Əhmədəli Qudərzi
    generalı pasdar Əhmədəli Qudərzi

İran İslam Respublikası nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı ölkənin şimal-qərb sərhədlərində bir silah qaçaqmalçılığı dəstəsinin məhv edilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı pasdar Əhmədəli Qudərzi belə deyib: Urmiyyə sərhəd alayının sərhədçiləri sərhəd zolağını tam şəkildə bağlamaq, həmçinin silah və sursat qaçaqmalçılığı ilə amansız mübarizə istiqamətində kəşfiyyat agahlığı, həmçinin optik və elektron təchizatlardan istifadə ilə, vaxtında atılan dəqiq addımla qanunsuz silah yükünün ölkə daxilinə girişinin qarşısını almağı bacarıblar.

«Qaçaqçılar hadisə yerindən qaçıblar və sərhədçilərin onları üzə çıxarıb, həbs etmək səyləri davam edir.»-deyən general Qudərzi sözlərinə belə davam edib: Nizam-intizam qüvvələrinin sərhədçiləri ölkənin şimal-qərbində əks-inqilabçı ünsürlər və quldur dəstələrilə bulaşmış bölgədə altı yeşik köməkçi silah təchizatları ilə yanaşı, 65 ədəd kolt tipli tapança və 175 ədəd ov tüfənginə şamil olan 240 ədəd qaçaq silah aşkar ediblər.