İranın korona vaksinləri qənaətbəxş təsirə malikdirlər
https://azeri.sahartv.ir/news/İran-i382738-İranın_korona_vaksinləri_qənaətbəxş_təsirə_malikdirlər
İran səhiyyə nazirinin müalicə məsələləri üzrə müavini bildirib ki, araşdırmaların nəticələrinə görə, İranın korona vaksinləri olduqca qənaətbəxş təsirə malikdirlər və onların yan təsirləri əhəmiyyətsizdir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 02, 2021 12:29 Asia/Baku
  • İranın korona vaksinləri
    İranın korona vaksinləri

İran səhiyyə nazirinin müalicə məsələləri üzrə müavini bildirib ki, araşdırmaların nəticələrinə görə, İranın korona vaksinləri olduqca qənaətbəxş təsirə malikdirlər və onların yan təsirləri əhəmiyyətsizdir.

SəhərAzəri-nin məlumatına əsasən, Qasım Canbabayi İranın korona üzrə elmi komitəsinin keçirdiyi konfransın kənarında müxbirlərlə müsahibəsində sonra qeyd edib ki, istifadə edilməkdə olan İran vaksinləri minimum yan təsirə malikdirlər.

O sonra belə söyləyib: Onların təsir gücü həm kliniki, həm də laboratoriya sınaqlarında təsdiq olunub. Başqa sözlə, onlar təsirli vaksinlərdirlər. Elmi komitədə vurğulandı ki, daxili vaksinlərdən həm booster dozasında, həm də üçüncü dozada istifadə etmək olar.

Canbabayi sonda belə deyib: Fövqəladə istifadə lisenziyası almış İranın Bərəkət və Pastokovak kimi korona vaksinlərinin münasib təsir gücünü cəmiyyətdə müşahidə edirik.