İrana qarşı təhdid heç vaxt nəticə verməyib
-
Səid Xətibzadə
İran xarici işlər nazirliyinin sözçüsü bir tvitt-də Entoni Blinkenin İran qarşısında digər seçimlərin izlənilməsinə dair son sözlərinə cavabda yazıbdır ki, İrana qarşı təhdid heç vaxt nəticə verməyib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə sonra belə yazıb: Amerikanın xəyali seçimləri bundan öncə regionumuzda sınaqdan keçirilib. Amerika üçün ondan irəli gələn faciəli məğlubiyyət və biabırçılıqlar göz qabağındadır və bunlar başqalarına ibrət dərsi olmalıdır.
İran xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar nüvə anlaşmasının hazırkı durumunun əsas amili kimi bunlardan dərs almalıdır.
Nüvə anlaşması 2015-ci ildə İranla beş üstəgəl bir qrupu arasında əldə olundu və 2016-cı ilin yanvarından qüvvəyə mindi. Lakin ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci il mayın 8-də birtərəfli şəkildə Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozmaqla ölkəsinin bu beynəlxalq anlaşmadakı iştirakına son qoydu və İran xalqına qarşı maksimum təzyiq məqsədilə iqtisadi terrorizmi tətbiq etdi.
Amerikanın hazırkı prezidenti Co Baydenin hökuməitnin rəsmiləri son aylarda dəfələrlə açıq şəkildə maksimum təzyiq siyasətinin uğursuz qaldığını etiraf edib və deyiblər ki, Amerikanı nüvə anlaşmasına geri qaytarmaq niyyətindədirlər. Amma indiyədək bu qayıdışa lazım olan addımları atmaqdan boyun qaçırıblar.
İran İslam Respublikası məsuliyyət qəbul edən bir ölkə kimi dəfələrlə elan edibdir ki, Amerikanın anlaşmanı pozduğuna görə, Vaşinqton İrana qarşı sanksiyaları aradan qaldırmaqla anlaşmaya qayıtmalı və onun öhdəliklərinin icrasının doğruluğu sınaqdan keçirilməlidir. Əlbəttə, Tehran vurğulayıbdır ki, Amerikanın anlaşmaya qayıdışına nə tələsir, nə də ki, israr edir.