ABŞ İran neftini oğurlamaqda uğursuz qalıb
https://azeri.sahartv.ir/news/İran-i382772-abŞ_İran_neftini_oğurlamaqda_uğursuz_qalıb
Amerika tərəfindən İran neftinin oğurlanması və dəniz quldurluğu əməliyyatı İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin fədakar və şücaətli döyüşçülərinin vaxtlı və qüdrətli hərəkəti ilə uğursuz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2021 12:36 Asia/Baku
  • İran
    İran

Amerika tərəfindən İran neftinin oğurlanması və dəniz quldurluğu əməliyyatı İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin fədakar və şücaətli döyüşçülərinin vaxtlı və qüdrətli hərəkəti ilə uğursuz qalıb.

SəhərAzəri-nin məlumatına əsasən,  Amerika bir hərəkətdə İranın ixracat neftini daşıyan tankeri Oman dənizi sularında müsadirə və onun neft yükünü başqa bir tankerə köçürməklə onu naməlum bir səmtə istiqamətləndirib.

Belə bir halda, Sepah-ın dəniz qüvvələrinin fədakar döyüşçüləri qeyd olunan tankerin göyərtəsi üzərində keçirdikləri bir hava hücumu əməliyyatında onu ələ keçirib və İran sularına doğru istiqamətləndiriblər.

Sonra Amerika qüvvələri bir neçə ədəd hərbi gəmi və vertolyotdan istifadə etməklə tankeri təqib ediblər, amma Sepah-ın fədakar qüvvələrinin qətiyyət və qüdrətlə meydana girmələrilə amerikanlar uğursuz qalıblar.

Amerikalı qüvvələr bir daha bir neçə hərbi gəmidən istifadə ilə, tankerin hərəkət istiqamətini bağlamağa daha çox can atıb, amma yenə də nakam qalıblar.

Bu tanker hal-hazırda İranın ölkə sularındadır.