Noy 04, 2021 13:39 Asia/Baku
  • Əhməd Vəhidi
    Əhməd Vəhidi

İranın daxili işlər naziri vurğulayıb ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin Amerika qarşısındakı müqaviməti xalqı sevindirdi.

SəhərAzəri-nin məlumatına əsasən,  Əhməd Vəhidi bir müraciətdə İran İslam Respublikasının hərbi qüdrətinə işarə ilə, Sepah-ın dəniz qüvvələrinin Amerikanın terrorçu ordusunun rəzilcəsinə əməliyyatı ilə qarşılaşmadakı müqavimətinin bütün İran xalqının sevincinə səbəb olduğunu qeyd edib.

Müraciətdə deyilir: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin şücaətli və fədakar döyüşçülərinin,/ özü də on üç aban- dörd noyabrın ildönümünə çıxan günlərdə Amerikanın terrorçu ordusunun rəzilcəsinə əməliyyatı ilə qarşılaşmadakı qüdrətli və sayıqcasına müqaviməti, bütün İran xalqının sevincinə və dünyanın hər bir yerində bütün məzlumların qürur hissi keçirmələrinə səbəb olur.

İranın daxili işlər naziri öz müraciətində sonra belə qeyd edib: Vətən əsgərlərinin bu meydandakı qüdrəti Oman dənizində milli sərmayələri və maraqları qorumaqdan əlavə, bir daha İran İslam Respublikasının xələlgəlməz mətanət və möhkəmliyini və haqqın haqsızlıq üzərindəki qəti zəfərini nəzərə çarpdırdı.

İranın vitse-prezidenti Seyid Məhəmməd Hüseyni də deyibdir ki, neft oğruları ilə mübarizə İranın çəkindiricilik qüdrətini göstərir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin fədakar və şücaətli döyüşçülərinin Oman dənizi sularında vaxtlı və qüdrətli hərəkəti ilə Amerika gəmisinin İran neftini daşıyan tankerdən neft oğurluğu nakam qaldı.

 

Teqlər