İran Syerra-Leon xalqının kədərilə bölüşüb
https://azeri.sahartv.ir/news/İran-i382895-İran_syerra_leon_xalqının_kədərilə_bölüşüb
İran xarici işlər nazirliyinin sözçüsü Syerra-Leon xalqından onlarla nəfərin həyatını itirməsinə işarə ilə bu ölkənin xalqının kədərilə bölüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2021 09:43 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran xarici işlər nazirliyinin sözçüsü Syerra-Leon xalqından onlarla nəfərin həyatını itirməsinə işarə ilə bu ölkənin xalqının kədərilə bölüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə tanker partlayışı nəticəsində Syerra-Leon vətəndaşlarından onlarla nəfərin həyatını itirməsi münasibətilə öz dərin təəssüf və narahatlığını bildirib. Xətibzadə Syerra-Leonun xalqına, hökumətinə və hadisə qurbanlarının ailələrinə başsağlığı verib, onların kədərilə bölüşübdür.

Beynəlxalq medialar bildiriblər ki, Syerra-Leonun paytaxtını titrədən tankerin partlaması onlarla nəfərin həyatını itirməsinə bais olub.

Syerra-Leonun paytaxtı- Fritaundakı yerli medialar da bildiriblər ki, bu şəhərin mərkəzində güclü tanker partlayışı nəticəsində doxsan nəfərdən çox insan həyatını itirib.

Bir milyon nəfərə yaxın əhalisi olan Syerra-Leonun paytaxtı partlayışa yaxın məhəllələrdə iri həcmdə cəsədlərin şahididir.