Noy 08, 2021 12:27 Asia/Baku
  • Zülfüqar-1400
    Zülfüqar-1400

İran İslam Respublikası Ordusunun hərbi dəniz qüvvələrinin komandan əvəzi "Zülfüqar-1400" birgə hərbi təlimlərində ordunun döyüş hazırlığından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən,  Kontr-Admiral Həmzə Əli Kaviyani ordunun "Zülfüqar" birgə təlimlərinin özəl xüsusiyyətlərə malik olduğunu bəyan edərək, deyib: "Bu, ordunun dörd qüvvəsinin iştirakı ilə keçirilən birgə təlimdir və bu səbəbdən onun müxtəlif mərhələlərində əməliyyat qüvvələri arasında çox böyük yaxınlaşma və sinerji mövcuddur".

Kontr-Admiral Kaviyani "Zülfüqar" təlimlərində İranın hərbi dəniz qüvvələrinin təsirli iştirakına toxunaraq, əlavə edib: "Dəniz qüvvələrinin dəniz piyadaları və xüsusi təyinatlı komandosları dənizin dərinliklərindən suüstü və sualtı qayıqlardan istifadə edərək, həmçinin dəniz qüvvələrinin hava donanmasının köməyi ilə müxtəlif döyüş ssenarilərini həyata keçirirlər". 

İran İslam Respublikası Ordusunun «Zülfüqar-1400» birgə təlimlərininilkin mərhələləri ötən həftədən başlayıb və bazar günüdən etibarən əsas mərhələyə daxil olub. Təlimlərin əsas məqsədi ordunun döyüş qabiliyyətini artırmaqdır".

Geniş ərazidə aparılması, yüksək kəşfiyyat əməliyyatları, yerli ağıllı təchizat və döyüş sursatından istifadə, PUA bölmələrinin iştirakı, İran İslam Respublikası Ordusunun elektron müharibə imkanlarından və komanda-idarəetmə sistemlərindən istifadə bu təlimlərin xüsusiyyətlərindən elan olunub.

Teqlər