Xətibzadədən Sullivana: "Amerikanın nüvə anlaşmasına dönüş yolu aydındır"
-
Səid xətibzadə
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın İran və nüvə anlaşmasına qarşı son iddialarına cavab olaraq, deyib: "Amerikanın nüvə anlaşmasına dönüş yolu aydındır; Bu yol "maksimum uğursuzluq" kampaniyasının sonundan və beynəlxalq hüquqa hörmətin təminatından keçir".
SəhərAzəri-nin məlumatına əsasən, Səid xətibzadə çərşənbə axşamı günü öz Tvitter səhifəsində yazıb: "ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan İranın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxdığını iddia edir, O, tərk edənin ABŞ olduğunu bilmirmi"?
Xətibzadə sözlərinin davamında yazıb: "ABŞ-ın qayıdışının yolu aydındır; Günahı etiraf etmək, "maksimum uğursuzluq" kampaniyasına son qoymaq və beynəlxalq qanunların bir daha ələ salınmayacağına zəmanət vərmək".
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi sonda xatırladıb ki, nüvə anlaşması bu aşkar və əsas gözləntiləri təsdiqləyir.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bu yaxınlarda CNN telekanalına verdiyi müsahibədə iddia edib ki, Birləşmiş Ştatlar İranın nüvə sazışı və ya Əhatəli Müştərək Təşəbbüs Proqramı üzrə danışıqlara qayıtmağa hazırdır, lakin Tehran hələ buna hazır olduğunu göstərməyib".