İranlı qadın Tallin Kinofestivalında hakimlik edəcək
https://azeri.sahartv.ir/news/İran-i383015-İranlı_qadın_tallin_kinofestivalında_hakimlik_edəcək
İran kinosunun tanınmış montajçısı "Haydə Səfiyari" Estoniyanın paytaxtı Tallində keçirilən Beynəlxalq "Qaranlıq Gecələr kinofestivalında münsiflər heyətinin üzvü seçilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 10, 2021 12:22 Asia/Baku
  • Haydə Səfiyari
    Haydə Səfiyari

İran kinosunun tanınmış montajçısı "Haydə Səfiyari" Estoniyanın paytaxtı Tallində keçirilən Beynəlxalq "Qaranlıq Gecələr kinofestivalında münsiflər heyətinin üzvü seçilib.

SəhərAzəri-nin məlumatına əsasən, "Haydə Səfiyari" Qvatemaladan olan Xavier Bustamante, islandiyalı rejissor Elfar Adalsteins, Banqladeşdən Mustafa Sərvar Fərroxi və Lüksemburqdan olan "Paul Tilts" ilə birlikdə Tallinin 25-ci Beynəlxalq Qaranlıq Gecələr Kinofestivalının münsiflər heyətini təşkil edirlər. 

Səfiyari indiyə kimi 70-dən çox bədii filmin montajçısı olub, o cümlədən Əsğər Fərhadinin iki Oskar mükafatı almış "Satıcı" və "Ayrılıq" filmləri, həmçinin son çəkdiyi "Qəhrəman" filminə işarə etmək olar.