Ölkənin bütün problemləri üçün elmi həll yolu tapmaq olar
-
İslam İnqilabının Böyük Rəhbəri
İslam İnqilabının Böyük Rəhbəri deyiblər ki; İran gənclərinin istedad imkanları ölkənin elmi çatışmazlıqlarını dünya elmi ilə doldurmaq, elmin beynəlxalq sərhədlərindən keçid, modern islami sivilizasiyanın yaradılması və ölkənin parlaq gələcəyinin reallaşmasına zəmin yarada bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei bu gün ölkənin gənc elmi istedadları ilə görüşdə belə söyləyiblər: İran xalqı istedad üzrə potensial bir xalqdır və bu səbəbdən, keçmiş zamanlardan bəri müstəmləkəçilərin təhqiredici yumşaq müharibələrinin hədəfi olubdur ki, öz bacarıq və istedadlarını unutmuş və hətta inkar və “biz bacarmarıq” kimi böyük bir yalanı qəbul etmiş olsun.
O həzrət deyiblər: İranın son 200 illik tarixində də ozamankı hökmranlar və müstəmləkəçilər səs-səsə verib, İran xalqının acizliyini təbliğ edirdilər ki,/ inqilabın qələbəsi bu prosesə son qoydu.
İslam İnqilabının Böyük Rəhbəri qəflətə qapılmağı və qarəti müstəmləkəçilərin xalqlarda acizliyi təlqin etməkdən olan iki təkmilləşdirici hədəfi adlandırıb və belə vurğulayıblar: Bir xalq öz bacarıqlarından qəflətə qapılarkən onu qarət etmək asanlaşır.
O həzrət Qurani-Məcidin qəflətə qapılmanın mənfi nəticələrinə dair qəti ayələrinə istinadla belə əlavə ediblər: Allah-Taala səmavi kitabda xəbərdarlıq edir ki; düşmən asanlıqla hücum etmək üçün sizi öz silahınız və imkanlarınızdan qəflətə qapılmanızını istəyir. Bu məsələ bu gün dünyadakı qalmaqallar və təzyiqlərə əsasən, pilotsuz və raket məsələsi barədə mühümdür.
Həzrət Ayətullahuluzma Xamenei özlərinin bir neçə il bundan qabaq İranın gələcəyi və dünya elmi sahəsində avanqardlığın zərurətinə dair çıxışlarını xatırlamaqla belə qeyd ediblər: Elə hərəkət etməliyik ki, aqilanə bir gələcəkdə İran dünya elminin mənbəyi və hər kəs ən yeni tapıntılara nail olmaq üçün fars dilini öyrənməyə məcbur olmuş olsun. Necə ki, tarixin müəyyən dövrlərində iranlılar dünya elm və biliyinin zirvələrində qərar tapmışdılar və İran alimlərinin kitabları Qərb və Şərqin universitetlərində elm və bilik əhlinin istinad nöqtəsi və tədris mənbəyi olmuşdu.
İslam İnqilabının Böyük Rəhbəri bu parlaq və iftixarlı gələcəyə çatmaq üçün üç mərhələni zəruri adlandırıblar.
Birincisi- Dünya elminin ön xətlərilə hazırkı fərqin doldurulması üçün böyük səy.
İkincisi- Bəşəriyyət cəmiyyətinə modern elmi kəşflər meydanı və dünya elminin sərhədlərindən keçid.
Üçüncüsü- Faydalı elm əsasında modern islami sivilizasiyanı əsasının qoyulması.
O həzrət “əsas məsələ” və ölkənin problemlərinin həllini ölkənin elmi camiəsinin mühüm məqsədlərindən adlandırıb və istehsal sisteminin problemləri, bank, vergi, maliyyə və pul sistemi, kəndlərin boşaldılması, ictimai ziyanlar, hərəkət sıxlığı, ətraf mühit və su problemləri kimi halları sadalamaqla bildiriblər ki, ölkənin bütün problemləri üçün elmi həll yolu tapmaq olar.
Həzrət Ayətullahuluzma Xamenei süni intellekti mühüm və gələcəkyaradan bir məsələ adlandırıb və vurğulayıblar ki, bu məsələ dünyanın gələcəyinin idarə olunmasında rol oynayır və elə əməl etməliyik ki, İran dünyada süni intellekt üzrə on üstün ölkə sırasında qərar tapmış olsun.