Ayətullah Müctəhid-Şəbüstəri haqqın dəvətinə ləbbeyk dedi
Noy 17, 2021 15:19 Asia/Baku
-
Ayətullah Müctəhid-Şəbüstəri
Rəhbərlik Xübreqanı Məclisi, Ruhaniyyət camiəsinin mərkəzi şurası və İran İslam Respublikası quruluşunun məsləhət şurasının üzvü Ayətullah Möhsün Müctəhid-Şəbüstəri az öncə infarkt nəticəsində haqqın dəvətinə ləbbeyk deyib.
SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Müctəhid-Şəbüstəri Tehranın İmam Hüseyn(ə) xəstəxanasında dünyasını dəyişib.
Mərhum Ayətullah Müctəhid-Şəbüstəri Vəliyyi Fəqihin İranın Şərqi Azərbaycan vilayətində nümayəndəsi və Təbrizin imamcüməsi kimi də fəaliyyət göstəribdir.
Teqlər