Vəzifəmiz, həqiqəti yalan rəvayətlərdən ayırd etməkdir
-
İsmayıl Bəqayi-Hamanə
İranın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar və BMT ofisi yanındakı səfiri və daimi nümayəndəsi belə deyib: Bizim vəzifəmiz, həqiqəti yalan rəvayətlərdən ayırd etməkdir. Bu rəvayətlər sionist rejimin cinayətlərinin qurbanlarını onların qatilləri ilə bir səviyyədə qərar verir.
İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Cenevrədəki səfirləri BMT-nin insan haqları şurasının araşdırma komissiyasının üzvlərilə görüşüb və sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərini araşdırıblar.
İranın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar və BMT ofisi yanındakı səfiri və daimi nümayəndəsi İsmayıl Bəqayi-Hamanə bu iclasda sionist rejimin işğal olunmuş Fələstin ərazilərindəki cinayətlərinə işarə ilə qeyd edibdir ki, araşdırma komissiyası rasist sionist rejim tərəfindən humanitar hüquqların və insan haqlarının mütəşəkkil şəkildə pozulmasının adiləşməsinin qarşısını almaq istiqamətində tarixi məsuliyyət daşıyır.
Bəqayi-Hamanə sonra belə vurğulayıb: Bizim hamımızın borcu, həqiqəti yalan rəvayətlərdən ayırd etməkdir. Bu rəvayətlər sionist rejimin həmin faciəli cinayətlərinin qurbanlarını onların qatilləri ilə bir səviyyədə qərar verir. İnsani cəhətdən narahatedici, hüquqi baxımdan əsassız, etik cəhətdən isə utancgətiricidir. Buna görə, ədalətsevərlik səsini ucaltmalı,/ insan haqlarının biabırçı tərzdə pozulma hallarının, bəşəriyyət əleyhinə cinayətlərin, həmçinin hərbi cinayətlər törətmənin adi hal almasına yol verməməliyik.
Sionist rejimin Qəzzədə və digər Fələstin bölgələrindəki cinayətlərinin davam etməsinə əsasən, islami ölkələrin tələbi ilə, insan haqları şurasının/ sionist rejim tərəfindən məzlum Fələstin xalqının qırğın edilməsinin dayandırılması üzrə xüsusi iclası cari il mayın 27-də keçirildi və bu rejimə qarşı bir qətnamə qəbul edildi.