ABŞ prezidentinin imzası istinadediləsi deyil
-
Səid Xətibzadə
Amerikanın nüvə anlaşmasına qayıdış şərti, sanksiyaların sınanma qabiliyyətli, təsirli və birgə şəkildə götürülməsidir və Amerika prezidentinin imzası istinadediləsi deyildir.
SəhərAzəri-nin məlumatına əsasən, Bunları, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
Səid Xətibzadə Amerikanın nüvə anlaşmasına qayıdışı şəraiti barədə belə qeyd edib: Sanksiyaların sınanma qabiliyyətli, təsirli və birgə şəkildə götürülməsi Amerikanın nüvə anlaşmasına qayıdış şərtidir və bu, bizim Vyana danışıqlarındakı ümumi hədəfimizdir.
Əgər Amerika bu istiqamətdə Vyana danışıqlarına daxil və sanksiyaların götürülməsinə hazır olarsa, qəti şəkildə razılaşma ən qısa zamanda əlçatandır.- deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Əlbəttə, biz Amerikanın yenidən beynəlxalq hüquq normalarını lağa qoymayacağı haqda təzminat istəyirik.- deyən Səid Xətibzadə vurğulayıb: Birləşmiş Ştatlar Amerikanın hazırkı hökuməti qismində göstəribdir ki, öz təzminatlarını müdafiə edə bilməz və Amerika prezidentinin imzası onların iddia etdikləri kimi dəyər və istinad qabiliyyətinə malik deyildir. Buna görə, təbiidir ki, İran İslam Respublikası və İranın müzakirə komandası lazımi təzminatlara təkid etmiş olsun.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin nüvə anlaşmasına əməl etmək sahəsində Avropanın vədə xilaf çıxması və fəaliyyətsizliyi ilə bağlı Tehranın qarşıdan gələn müzakirərdəki mövqeyi haqda belə söyləyib: Biz Amerikanın nüvə anlaşmasından və 2231 saylı qətnamədən çıxması və davamlı qanun pozuntularının kənarında Avropanın fəaliyyətsizlyini daimi şəkildə qeyd etmişik.
Amerika nəinki İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməyə müvəffəq oldu, həm də ondan artıq şəkildə göstərdi ki, Avropa qəbul etdiyi öz qəti öhdəliyindən nə qədər aciz və fəaliyyətsizlik əsiri olubdur.
Bunu vurğulayan Xətibzadə sonra belə qeyd edib: Müzakirələrdə nəzərdən keçirilən hallardan biri budur ki, nüvə anlaşmasının üzvləri anlaşma altındakı öhdəliklərinə geri dönməlidirlər.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sonda belə vurğulayıb: İran bu əməlsizlik və pozuntular üzündən böyük xəsarətlərə məruz qalıb və bunlar diqqət mərkəzinə alınmalıdır.