Fars nərgizinin ətri sərhədləri aşır
Gözəl nərgiz çiçəkləri, payızın sonuncu qurumuş yarpaqlarının altından baş qaldırıb və payız atmosferini xoş ətri ilə rayihələndiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, digər məhsulların əkininə nisbətən, az su tələb etməsi, münasib bazarı və iqtisadi əsası, nərgiz gülünün əkilməsinin ən mühüm məziyyətlərindəndir.
Fars vilayətinin Xəfr rayonundan nərgiz çiçəyinin yığılması başlanır. Bu rayonda nərgiz gülü 350 hektarlıq bir ərazidə əkilir. Becərilən nərgiz güllərinin sortları müvafiq olaraq, şəhla, çoxləçəkli, meskindirlər.
Nərgiz gülündən efir yağının alınması bu məhsulun əkilməsinin mühüm məziyyətlərindən biridir.
Xəfr rayonunun nərgiz gülü plantasiyalarından çiçək yığımının başlanması ilə, bu il bu rayonda yüz milyon gül budağının yığılacağı və daxili və xarici bazarlara göndəriləcəyi proqnoz edilir.
Kazerun rayonunda ölkənin ən iri dəmyə nərgiz plantasiyalarından nərgiz gülü yığımı, fevral-mart aylarından başlanır və mart-aprel aylarınadək davam edir.