Noy 27, 2021 14:50 Asia/Baku
  • İsfahanda məlum ünsürlər dinc aksiyada təxribat törədiblər

Artıq iki həftədir davam edən isfahanlı əkinçilərin su qıtlığı ilə bağlı dinc etiraz aksiyası dünən müəyyən ünsürlərin planlı təxribatları nəticəsində anarxiya ilə müşayiət olunub.

SəhərAzəri-nin məlumatına əsasən,son həftələr ərzində isfahanlı əkinçilərə dinc aksiyalarını davam etdrirmələri üçün şərait yaradan polis qüvvələri qəfildən hücuma məruz qalıb. Hücumçular həmçinin aksiyaçıların çadırlarını da yandırmağa təşəbbüs göstəriblər. Həmin təxribatlar ilə bağlı videolara düşən səslər təxribatçıların aksiyaya nüfuz etmiş şəxslər olduğunu göstərir:

Yandırma! Özümüz üçün pis olar yandırma! Mənə pis olar ki, 15 gündür buradayam.”

Düşmən ünsürlərinin dinc aksiyanı pozmalarından sonra əkinçilər ərazini tərk etməyə başlayıblar. Ancaq aksiya sıralarına nüfuz etmiş anarxist ünsürlər vəziyyəti gərginləşdirməkdə davam ediblər. Polis rəisi durumu sakitləşdirmək üçün çıxış edib:

Dostlar buranı tərk edin! Kimsənin zərər görməsini istəmirik. Qadın və uşaqların zərər görməsini istəmirik. Lütfən buranı tərk edin!

Aksiyaçıların çadırlarını yandıran ünsürlər isə öz planlarını yarımçıq görərək ara-sıra toqquşmalar formalaşdırıblar. Beləliklə İsfahan polis əməkdaşı bıçaqla hücuma məruz qalaraq xəstəxanaya yerləşdirilib.

Təxribatçılarla tam ahəngdar şəkildə kampaniya aparan İran İslam Respublikasına düşmən mövqedə olan medialar prosesləri Xalq etirazları kimi qələmə varməyə çalışdılar.

Digər tərəfdən naməlum şəxslərin İsfahan vilayətində su kəmərlərinə etdikləri hücum nəticəsində Yəzdə su nəqli bir neçə saat kəsilib.

İsfahanda baş verən təxribatlarla bağlı araşdırmalar aparılır.

Teqlər