General Süleymaninin terroru ilə bağlı işə hökm oxunmaq üzərədir
-
General Süleymani
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini İranın Məhkəmə Hakimiyyətinə ABŞ-ın keçmiş prezidentinin “General Süleymani”nin terror edilməsinə birbaşa göstəriş verdiyini sübut edən geniş məlumat və sənədlərin təqdim edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini Söhrab Əli Şəmxani deyib: "Biz Məhkəmə Hakimiyyəti ilə bir neçə istiqamətdə əməkdaşlıq etdik; ABŞ-ın keçmiş prezidenti Donald Trampın birbaşa göstəriş verməklə törətdiyi cinayəti sübut edən geniş məlumat və sənədlər təqdim edildi".
Sepah-ın baş komandanının hüquqi məsələlər üzrə müavini minlərlə əhatəli sənədin hazırlandığınıvə bu işin tez bir zamanda həll olunacağına ümidvar olduğunu bildirib.
Söhrab Əli Şəmxani əlavə edib: "Şəhid Süleymaninin terror ilə bağlı cinayət işinə hökm oxunmaq üzərədir və tezliklə elan olunacaq.
Şəmxani deyib: "Minlərlə insan ABŞ-ın birbaşa göstərişi ilə həyata keçirilən bu iyrənc cinayətin səbəbkarlarının cəzalandırılması üçün 55 saylı məhkəmə şöbəsində iddia qaldırıb".
Beynəlxalq Məsələlər üzrə Ədalət Məhkəməsinin xüsusi müstəntiqi Səid Fərhadiniya şəhid Süleymaninin terror edilməsini, Terrorla Mübarizə Konvensiyası və 1556 saylı qətnamənin tamamilə pozulması kimi dəyərləndirib, ki ABŞ tərəfindən həyata keçirilib.
Beynəlxalq Məsələlər üzrə Ədalət Məhkəməsinin xüsusi müstəntiqi əlavə edib: "124 amil müəyyən edilib və 43 nəfər barəsində həbs qərarı verilib, o cümlədən 700 yazışma ilə 13 ixtisaslaşdırılmış iclas keçirilib".
Fərhadiniyanın sözlərinə görə, bu işi təqib etmək üçün 9 ölkəyə qanuni vəkalət verilib.