Fatimə Behfər bir an həndbolu ağlatdı
-
Fatimə Xəlili
İranın qadın həndbol komandasının qapıçısı Fatimə Xəlili Behfər Norveç komandası ilə görüşdə ən yaxşı oyunçu mükafatını alıb.
SəhərAzəri-nin məlumatına əsasən,İran-Norveç matçının ən yaxşı oyunçusunun seçilməsi zamanı gələrkən rəqib komandanın oyunçuları emosiyaya qapıldılar. Fatimə Xəlili Behfər bu mükafatı aldı, sonra isə üzünə sevinc göz yaşları axdı. Sevinc hissi keçirən komanda yoldaşları onu dövrəyə alıb, bağırlarına basdılar.
Norveç milli komandasının baş məşqçisi Turyer Hergirsson oyun qurtardıqdan sonra Viyapli-yə dedi ki, bəzən onların hicabla bu yarışlarda iştirak etməmələri üçün dəlillər tapılır, amma onlar mütləq şəkildə bu yarışlarda iştirak etməlidirlər.
Qadınların həndbol üzrə 25-ci dünya çempionatı dekabrın birindən doqquzunadək İspaniyada keçirilir.
İranın qadın həndbol komandası ilk dəfə olaraq, dünya çempionatında iştirak edir.