Dünya üzrə uşaqlar üçün ikinci vaksin
https://azeri.sahartv.ir/news/İran-i383845-dünya_üzrə_uşaqlar_üçün_ikinci_vaksin
Razi vaksini uşaqlar üçün ən münasib vaksin kimi ikinci yeri qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2021 12:56 Asia/Baku
  • Razi vaksin
    Razi vaksin

Razi vaksini uşaqlar üçün ən münasib vaksin kimi ikinci yeri qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən,Razi vaksin və seromqayırma araşdırma institutunun direktoru Əli İshaqi belə deyib: Uşaqlar üçün ən yaxşı vaksin, minimum antigenə malik olan və onların bədənlərində təhlükəsizlik sistemini aktivləşdirə bilən vaksindir.

Hazırda dünyada bir korona vaksini vardır ki, onun anti-gen miqdarı bir dozada beş mikroqramdır. Ondan sonra bir dozada on mikroqram anti-gen olan Razi vaksinidir. Bu vaksin uşaqlar üçün ən münasib ikinci yeri qazanıb.

“Razi Kovo-Pars” vaksini koronaya qarşı ikinci İran peyvəndidir.

“Razi Kovo-Pars” vaksinini Razi vaksin və seromqayırma araşdırma institutu Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərinə uyğun olaraq, istehsal edib.