Dek 08, 2021 13:02 Asia/Baku
  • Xətibzadə
    Xətibzadə

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən gecə tvitterdə Amerikanın Vyana müzakirələrinin qızğın çağında bir neçə iranlı şəxs və orqana qarşı sanksiya tətbiq etmək üzrə yeni düşmənçilik hərəkətini tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, hətta Vyanada danışıqlar gedərkən Amerika İrana qarşı sanksiya tətbiq etməkdən əl çəkmir.- deyə Səid Xətibzadə qeyd edib.

Vaşinqton belə bir məsələni dərk etməyə qadir deyildir ki, «maksimum məğlubiyyət» və «diplomatik açılış» kampaniyaları bir-birilərini pozurlar.- Xətizadə qeyd edib. Bildirib ki, sanksiyaların şiddətləndirilməsi nəinki rıçaq yaratmır, əksinə iddia edilən ciddilik və xoşməramlılıqla təzad təşkil edir.

Amerikanın maliyyə nazirliyi çərşənbə axşamı günü Vaşinqtonun İran İslam Respublikasına qarşı düşmənçilik hərəkətlərinin davamında səkkiz iranlı şəxsə və dörd iranlı orqana qarşı sanksiya tətbiq etdi.

Birləşmiş Ştatların İran əleyhinə yeni sanksiyalar tətbiq etməsinin fonunda qeyd edək ki, bu ölkənin prezidenti Co Baydenin hökuməti cari Vyana müzakirələri vasitəsilə ölkəsinin nüvə anlaşmasına qayıdışı üçün lazımi zəminlər yaratmaq niyyətində olduğunu iddia edir.

Bayden hökumətinin rəsmiləri son aylar dəfələrlə açıq şəkildə «maksimum təzyiq» siyasətinin uğursuz qaldığını etiraf ediblər. Deyiblər ki, Amerikanı Birgə Əhatəli Fəaliyyət Planı- nüvə anlaşmasına qaytarmaq niyyətindədirlər. Amma indiyə kimi bu anlaşmaya qayıdış üçün lazım olan addımları atmaqdan boyun qaçırıblar.

İran İslam Respublikası məsuliyyət qəbul edən bir ölkə kimi dəfələrlə bildiribdir ki, Amerikanın Birgə Əhatəli Fəaliyyət Planını pozan tərəf olmasına görə, məhz Vaşinqton sanksiyaları götürməklə anlaşmaya qayıtmalı olan tərəfdir və Amerikanın öhdəliklərini yerinə yetirməsinin düzgünlüyü yoxlanılmalıdır.

Əlbəttə, Tehran vurğulayıbdır ki, Amerikanın anlaşmaya geri dönməsinə nə israr edir, nə də ki, tələsir.

 

Teqlər