Qərb tərəfinin sanksiyaları götürməyə hazır olmasına tərəddüd edirik
-
İranın xarici işlər naziri
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyir ki, İranın xarici işlər nazirilə telefon əlaqəsində Vyana müzakirələrində daha sürətli hərəkətin vacibliyinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Vyana müzakirələrinin koordinatoru Cozep Borrel İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla telefon əlaqəsində müzakirələr prosesi barədə izahat təqdim etməklə Vyana müzakirələrinin davam etməsindən razılıq ifadə və müzakirə tərəflərinin baxışları haqda öz dəyərləndirməsini təqdim edib.
Borrel həmçinin müzakirələrə zərbə vura biləcək problemləri bəyan etməklə ümidvarlıq edibdir ki, bütün tərəflərin səyləri və anlaşmaları ilə Vyana müzakirələri bir razılaşmaya nailolma səmtinə doğru irəliləyəcək.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb ki, Amerikaya və üç Avropa ölkəsinə, müzakirələrin gerçəkliyə əsaslanmalı olduğunu və ondakı tərəflərin irəliləyiş hissi keçirməli olduqlarını xatırladıbdır.
Borrel İranın Atom Enerjisi Təşkilatı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin həmkarlığını mühüm adlandırıb, mövcud təmaslardan, texniki dialoq və əməkdaşlıqların davam etməsindən razılıq edib.
İranın xarici işlər naziri də bu telefon danışığında Vyanadakı müzakirə tərəfləri arasında əldə olunmuş anlaşmanı faydalı adlandırıb, bir daha, yaxşı bir razılaşmaya çatmaq sahəsində İran İslam Respublikasının xoşməramlılığı və ciddiliyinə təkid edib.
İranın xarici işlər naziri sonra üç Avropa ölkəsinin mövqeləri və bəyanatlarını, neqativ siyasi və media mövqetutma yolu ilə etdikləri rəftarı tənqid edib.
Əmir-Abdullahiyan bu kimi media kampaniyalarını qeyri-konstruktiv adlandırmaqla onu razılaşma prosesini ləngidən və vəziyyəti daha da mürəkkəbləşdirən bir amil adlandırıb.
Mövcud məşvərətlərə toxunan Əmir-Abdullahiyan Rusiya ilə Çinin mövqe və nəzərlərini realcasına və konstruktiv adlandırıb.
İranın xarici işlər naziri vurğulayıb ki, İranın nüvə proqramı tamamilə dinc məqsədlidir, amma nüvə nigarançılığının aradan qaldırılması sanksiyaların tam şəkildə aradan götürülməsilə birbaşa əlaqəyə malikdir.
Tərəddüd edirik ki, görən, qərbli tərəf ümumiyyətlə sanksiyaların götürülməsinə hazırdır, yoxsa sırf olaraq, öz nigarançılıqlarının birtərəfli surətdə aradan qaldırılmasının ardıncadır?-deyə, Əmir-Abdullahiyan sual edib.
Əmir-Abdullahiyan həmçinin müzakirələrin koordinatoru kimi Cozep Borrelin və onun müavini Enrike Moranın rollarını konstruktiv dəyərləndirib və onların səylərinə görə minnətdarlıq edib. Qeyd edib ki, İranın baş müzakirəçisi Əli Baqiri və onu müşayiət edən heyət dörd üstəgəl bir qrupu ilə məşvərət və razılaşmaya çatmaq üçün lazım olacaq hər zamanadək Vyanada qalacaqlar.