Fələstin məsələsi İslam Dünyasının ən mühüm prioritetidir +VİDEO
https://azeri.sahartv.ir/news/İran-i383962-fələstin_məsələsi_İslam_dünyasının_ən_mühüm_prioritetidir_vİdeo
Fələstin məsələsini İslam Dünyasının ən mühüm prioriteti və müqavimət cəbhəsini sionistlərin zəlil və mənfur olmalarına bir dəlil adlandıran İran İslam Şurası Məclisinin sədri bu yolun davam etməsinin sionist rejimin məhvinə səbəb olacağını bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 10, 2021 16:44 Asia/Baku
  • Məhəmmədbaqir Qalibaf
    Məhəmmədbaqir Qalibaf

Fələstin məsələsini İslam Dünyasının ən mühüm prioriteti və müqavimət cəbhəsini sionistlərin zəlil və mənfur olmalarına bir dəlil adlandıran İran İslam Şurası Məclisinin sədri bu yolun davam etməsinin sionist rejimin məhvinə səbəb olacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmmədbaqir Qalibaf İstanbulda keçirilən İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında bildiirb ki, islami ölkələr son onilliklərdə siyasi, ictimai və mədəni həyatın müxtəlif istiqamətlərində inkişaf üzrə milli səylərin hesabına yeni bir hərəkətə başlayıblar.

O, deyib: Amma bu tədrici dəyişiklik İslam Dünyası üçün o zaman müjdə gətirəcək gələcək yaradacaqdır ki, bütün müsəlman xalqlar islami dəyərlərin vəhdəti ilə İslam Dünyasının problemlərinin həlli üçün qabiliyyətləri eyni səviyyədə artırmış olsunlar.

İran İslam Respublikasının qanunvericilik hakimiyyətinin sədri həmçinin müsəlmanlar arasında iştirak, inteqrasiya və birliyi İslam Dünyasının ən mühüm strateji məsələsi adlandırıb.

Müqavimətin sionizm şəbəkəsinin planını nakam qoyduğunu və sionistlərin geri oturmaları prosesinin başlanmasına səbəb olduğunu vurğulayan Qalibaf bildirib ki, müqavimət ölüm mədəniyyəti deyil, əksinə yaşayış mədəniyyətidir.

Qalibaf həmçinin İslam Ümmətinin ciddi problemlərindən biri kimi, Əfqanıstan məsələsinə işarə ilə deyib: İran bir neçə on il üçün sübut etdi ki, əziz Əfqanıstan xalqı üçün layiqli ev sahibi və himayədardır və imkan daxilində üç tam onda beş milyondan çox əfqan mühacir üçün təhsil, səhiyyə və məişət imkanları yaradıbdır.