Tehranda İran-Azərbaycan əlaqələrinin inkişafı yolları araşdırılıb
Azərbaycan Respublikasının Tehrandakı səfiri İran və Azərbaycan arasında münasibətlərin daha da artırılması ilə bağlı iclasda çıxışı zamanı İran şirkətlərinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarının bərpasında əməkdaşlıq etməyə dəvət olunduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, cümə günü Tehranın "Milad" qülləsində İran İslam Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin gücləndirilməsi yollarının araşdırılması mövzusunda Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, eləcə də İranın Azərbaycandakı səfiri Abbas Musəvinin, həmçinin İranın Azərbaycandakı sabiq səfirləri Möhsün Pakayin və Əhəd Qəzayi, habelə parlamentin hazırkı və keçmiş deputatlarının və bir sıra iqtisadi və siyasi fəalın iştirakı ilə konfrans keçirilib.
Bu görüşün keçirilməsində məqsəd iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi yollarını araşdırmaqdır; Hansı ki, görüş iştirakçılarının fikrincə, digər ölkələrlə müqayisədə daha çox bir-birləri ilə qan, mədəni və tarixi yaxınlıqlara malikdirlər.
İranın Azərbaycan Respublikasındakı sabiq səfiri Əhəd Qəzayi bu mərasimdə çıxışı zamanı sionistlərin regionda, xüsusilə də Azərbaycan Respublikasında nüfuz etmək cəhdlərinə toxunub və deyib: "Həqiqət budur ki, ətrafımızda heç kim Tehranla Bakı arasında yaxşı münasibətlər istəmir və bunun üçün həm texniki sahədə, həm də proqram təminatı üzərində işləyirlər".
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də 13-cü hökumətin xarici siyasətində qonşuların prioritet olduğunu bildirib və bununla bağlı Azərbaycan Respublikasının mövqeyini xüsusi dəyərləndirib.
Musəvi hökumətlər səviyyəsindəki əməkdaşlıqlara toxunaraq, deyib: "Amma iki ölkəni və xalqını, xüsusən də iş adamlarını birləşdirən məsələ özəl sektorun iştirakı ilə iki ölkədə birgə və böyük layihələrin həyata keçirilməsidir".
Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə də, İranın ötən il Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və ölkəsinin İran şirkətlərini müharibə nəticəsində dağıdılmış ərazilərdə yenidənqurma layihələrində iştirak etməyə dəvət etdiyini bildirib.