Qonşularla əlaqələri genişləndirmək üçün hökumətin iradəsinin əməli nişanələri
https://azeri.sahartv.ir/news/İran-i384051-qonşularla_əlaqələri_genişləndirmək_üçün_hökumətin_iradəsinin_əməli_nişanələri
İranın daxili işlər naziri ölkəsinin qonşu ölkələrdəki səfirlərini, eləcə də sərhədyanı vilayətlərin valilərini qonşu ölkələrlə əməkdaşlıqları maksimum genişləndirmək üçün bu ölkələrlə daha çox qarşılıqlı əlaqəyə çağırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 13, 2021 18:26 Asia/Baku
  • Vəhidi
    Vəhidi

İranın daxili işlər naziri ölkəsinin qonşu ölkələrdəki səfirlərini, eləcə də sərhədyanı vilayətlərin valilərini qonşu ölkələrlə əməkdaşlıqları maksimum genişləndirmək üçün bu ölkələrlə daha çox qarşılıqlı əlaqəyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Daxili İşlər Nazirliyinin informasiya portalının məlumatına görə, Əhməd Vəhidi qonşu ölkələrdəki səfirlərin, eləcə də sərhədyanı vilayətlərin valiləri ilə keçirilən birgə görüşdə deyib: "İran İslam Respublikasının xarici siyasətinin əsas prioriteti əvvəlcə qonşu ölkələr, sonra isə İslam ölkələri və daha sonra digər bölgələrdəki dost ölkələrlə münasibətlərin qurulmasıdır". 

Vəhidi deyib: "Qonşularla münasibətlərin birinci strategiyasında, Daxili İşlər Nazirliyi sərhədyanı bazarlar əsas götürülərək, sərhəd iqtisadiyyatı gücləndirməyə çalışır və bu istiqamətdə sərhədyanı ərazilərin davamlı inkişafına nail olmaq üçün valilərə tam səlahiyyət verilib".

Daxili işlər naziri, həmçinin valiləri və səfirləri sərhədyanı vilayətlər, eləcədə onların missiyalarına bitişik olan vilayətlərlə iqtisadi əməkdaşlığı və mal və xidmətlərin tranzitini gücləndirmək üçün tez bir zamanda birgə plan hazırlamağa çağırıb.

Vəhidi əlavə edib: "Regionda strateji əlaqələr, iqtisadi və mədəni əlaqələr, həmçinin ətraf mühit, tranzit və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə əldə edilir".