Əmir Abdullahiyan: "Qondarma sionist rejimi regionun problemlərinin əsas səbəbidir"
-
Əmir Abdullahiyan
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstinin İslami Müqavimət Hərəkatı Həmas-ın Siyasi Bürosunun sədri ilə telefon söhbətində vurğulayıb ki, qondarma sionist rejimi regionun bütün çətinliklərinin və problemlərinin əsas səbəbidir.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahiyan bu telefon danışığında Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın Siyasi Bürosunun sədri İsmayıl Həniyyəni bu hərəkatın yaranmasının ildönümü münasibəti ilə təbrik edib və deyib: "Regionda bu saxta rejimlə münasibətlərini normallaşdıran bir neçə ölkə İslam ümmətinə, regionun təhlükəsizlik və mənafelərinə zidd hərəkətlər edir".
İranın xarici işlər naziri Həmas Hərəkatını Qüdsün azad edilməsində İslami müqavimət qüvvələrinin öncüllərindən biri kimi dəyərləndirib və qeyd edib ki, bu gün müqavimət Fələstin xalqının tarixi hüquqlarının həyata keçirilməsində çox mühüm rol oynayır".
O, İngiltərə hökumətinin Həmas-ı terror təşkilatı elan etməsi ilə bağlı son addımına toxunaraq, bunu Fələstin xalqına qarşı "siyasi" bir hərəkət kimi qiymətləndirib.
Əmir Abdullahiyan sözlərinin davamında İran İslam Respublikasının Fələstin xalqının müqavimətinə dəstəyinin davam edəcəyini vurğulayıb.
Həmas-ın Siyasi Bürosunun rəhbəri də bu telefon danışığında bəzi region ölkələrinin sionist rejimlə münasibətlərin normallaşdırılması istiqamətindəki hərəkətini qınayaraq, bu hərəkəti amerika-sionist yanaşması kimi qiymətləndirib.
İsmayıl Həniyyə sionist rejimin bölgəyə nüfuz etməsini əmin-amansızlıq və qeyri-sabitlik amili və Fələstinin amalları və bütün İslam ümməti üçün təhlükə kimi xarakterizə edib və bildirib ki, bu strategiya uğursuzluğa məhkumdur.