İran və MAQATE-nin cari mövzuları adi qaydada izlənilməkdədir
https://azeri.sahartv.ir/news/İran-i384209-İran_və_maqate_nin_cari_mövzuları_adi_qaydada_izlənilməkdədir
İranın Atom Enerjisi Təşkilatının sözçüsü bildirib ki, İran və MAQATE-nin cari mövzuları adi qaydada izlənilməkdədir. Qeyd edib ki, İran tərəfindən Kərəcdə yerləşən Tesa kompleksində zərər çəkmiş kameraların texniki-təhlükəsizlik araşdırmaları prosesi başlanacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2021 07:42 Asia/Baku
  • Behruz Kəmalvəndi
    Behruz Kəmalvəndi

İranın Atom Enerjisi Təşkilatının sözçüsü bildirib ki, İran və MAQATE-nin cari mövzuları adi qaydada izlənilməkdədir. Qeyd edib ki, İran tərəfindən Kərəcdə yerləşən Tesa kompleksində zərər çəkmiş kameraların texniki-təhlükəsizlik araşdırmaları prosesi başlanacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Behruz Kəmalvəndi deyib: İran Kərəcdə yerləşən Tesa kompleksində zərər çəkmiş kameraların dəyişdirilməsini «törədilmiş təxribatçılığın miqyasları barədə kosmik-təhlükəsizlik araşdırmalarının aparılması», «bu təxribatçılıqların agentlik tərəfindən pislənilməsi» və «quraşdırılmazdan öncə İran tərəfindən yeni kameraların texniki-təhlükəsizlik araşdırmalarının həyata keçirilməsi» kimi üç önşərtlə şərtləndirmişdi.

Kəmalvəndi əlavə edib: İranın bu kameraların dəyişdirilməsi lisenziyasının verilməsi istiqamətində atdığı könüllü addım yeni bir razılaşma formasında deyil, bu üç önşərtin təmin edilməsindən sonra həyata keçib və bu gün İran tərəfindən kameraların texniki-təhlükəsizlik araşdırmaları prosesi başlanmalıdır.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü sonra belə söyləyib: İranın Atom Enerjisi Təşkilatı bir texniki və ixtisas orqanı kimi müahidə çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə ardıcıl anlaşmalara malikdir və bu anlaşmalar özünə siyasi forma almamalıdır.

Kəmalvəndi deyib: Media mühitində və psixoloji əməliyyat məqsədilə Qərb və sionist medialar İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə anlaşmalarını siyasiləşdirməyə çox səy edirlər və təəssüflər olsun ki, agentlikdə də bu xüsusda təmayüllər mövcuddur.