İran və AR xarici işlər nazirləri görüşüblər
-
İran və Azərbaycan
İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahiyan və Ceyhun Bayramov iki ölkənin inkişaf etməkdə olan əlaqələrindən razılıq edib, qarşılıqlı əməkdaşlıqlarla bağlı son olaylar ətrafında fikir mübadiləsi aparıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan Pakistanın İslamabad şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri toplantısının kənarında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri İranın xarici işlər nazirinə Bakıya səfərə dair dəvətini bir daha bəyan edib.
İran və Azərbaycan Respublikası prezidentlərinin Aşqabadda keçirdikləri görüşdən razılıq edən iki ölkənin xarici işlər nazirləri iki ölkə prezidentlərinin qarşılıqlı salamlarını çatdırıblar.