Əmir-Abdullahiyanın Bakı səfəri
Dek 21, 2021 17:48 Asia/Baku
-
Əmir-Abdullahiyan
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan IRIB müxbiri ilə müsahibədə deyib ki, sabah Bakıya səfərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, öz azəri həmkarı və bu ölkənin digər rəsmilərilə görüşəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir-Abdullahiyan əlavə edib ki, Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, stabil və inkişaf meyllidir.
Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq və bu ay iki ölkənin prezidentləri EKO sammitinin kənarında görüşdülər. Aşqabadda keçirilən bu görüş müsbət və konstruktiv oldu.-deyə, İranın xarici işlər naziri bildirib.