Dek 22, 2021 16:04 Asia/Baku
  • Böyük Peyğəmbər hərbi təlimləri
    Böyük Peyğəmbər hərbi təlimləri

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşun bölmələri Böyük Peyğəmbər(s.ə.s.)-17 birgə hərbi təlimlərinin üçüncü günündə sahillər və adaları möhkəm müdafiəni məşq ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun Böyük Peyğəmbər(s.ə.s.)-17 birgə hərbi təlimlərinin üçüncü günü bu gün Sepah-ın quru qoşunlarının tapşırıqları mehvəri ilə Larək adasında bu qüvvələrin seçilmiş bölmələrinin sahillər və adaları möhkəm müdafiə məşqi ilə keçirilib.

Hərbi təlimlərin bu etapında Sepah-ın quru qoşunlarının döyüşçüləri yeni silah və sursatlardan bəhərlənib, modern taktikalardan istifadə ilə hücum və hücumdan müdafiə üzrə ehtimal edilən ssenariləri uğurla icra ediblər.

Düşmən qırıcılarına qarşı hava hücumundan müdafiə, əngəlləyici maneələr, partlayışlar və təxribat məşqlərinin həyata keçirilməsilə adaların çoxqatlı müdafiəsi və anti-desant əməliyyatının icra olunması nisbətən real şəraitdə izlənilib.

 

Teqlər