İranın Yəməndəki səfirinin şəhadəti ilə bağlı başsağlığı
https://azeri.sahartv.ir/news/İran-i384346-İranın_yəməndəki_səfirinin_şəhadəti_ilə_bağlı_başsağlığı
İranın prezidenti və İran İslam Şurası Məclisinin sədri öz müraciətlərində İranın Yəməndəki səfiri Həsən İrlunun şəhadəti münasibətilə başsağlığı veriblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 22, 2021 16:12 Asia/Baku
  • Seyid İbrahim Rəisi,
    Seyid İbrahim Rəisi,

İranın prezidenti və İran İslam Şurası Məclisinin sədri öz müraciətlərində İranın Yəməndəki səfiri Həsən İrlunun şəhadəti münasibətilə başsağlığı veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi öz müraciətində İranın Yəməndəki səfiri, mübariz dipomat Hac Həsən İrlunun şəhadəti ilə bağlı başsağlığı deyib.

Məhəmməd Baqir Qalibaf da öz müraciətində İranın Yəməndəki səfirinin şəhadəti münasibətilə başsağlığı verib. Qeyd edib ki, bu Allah yolunun mübarizi Yəmənin mübariz xalqı xüsusiyyət təşkil etməklə bölgənin məzlum xalqlarını müdafiə sahəsində bir an belə, fəaliyyətini dayandırmadı.

İraqın İrana qarşı icbari müharibəsinin kimyəvi müharibə əlili də olan şəhid İrlu öz tapşırıq məkanında koronaya yoluxdu və bəzi ölkələrin gecikmiş həmkarlığına görə, təəssüflə, qeyri-münasib bir şəraitdə İrana geri döndü. Onun xəstəlik durumunun yaxşılaşdırılması üçün bütün müalicə metodlarından istifadə olunsa da o, dünən səhərçağı şəhadət dərəcəsinə nail oldu.