İran karateçiləri Asiya çempionu oldular
https://azeri.sahartv.ir/news/İran-i384364-İran_karateçiləri_asiya_çempionu_oldular
İranın karate komandası 39 rəngarəng medalla ümumi nəticədə Asiya çempionu olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2021 09:00 Asia/Baku
  • İran karateçiləri
    İran karateçiləri

İranın karate komandası 39 rəngarəng medalla ümumi nəticədə Asiya çempionu olub.

SəhərAzəri-nin məlumatına əsasən, Komandamız bu yarışlarda on dörd qızıl, on gümüş və on beş bürünc medal qazanıb. Qazaxıstan və Yaponiya yığmaları müvafiq olaraq, ikinci və üçüncü yerlərdə durublar.

Karate üzrə 2021-ci il Asiya çempionatı dekabrın 18-dən 22-dək qadın və kişi bölmələrində, həmçinin yeniyetmələr, gənclər və yuxarı yaşlılar kimi bütün yaş qruplarında kata və komite bölmələrində keçirilib. Qazaxıstanın Almatı şəhərində təşkil edilən bu yarışlarda 29 ölkənin idmançıları iştirak ediblər.