H.Əmir-Abdullahiyan S.Qafarova ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i384367-h.Əmir_abdullahiyan_s.qafarova_ilə_görüşüb
İranın xarici işlər naziri və Azərbaycan Respublikası Milli Məclisinin sədri ikitərəfli və parlament həmkarlıqlarının genişləndirilməsinə təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2021 10:02 Asia/Baku
  • Əmir-Abdullahiyan
    Əmir-Abdullahiyan

İranın xarici işlər naziri və Azərbaycan Respublikası Milli Məclisinin sədri ikitərəfli və parlament həmkarlıqlarının genişləndirilməsinə təkid ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan dünən axşam Bakıda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə iki ölkə prezidentlərinin Aşqabad görüşündə İran ərazisi vasitəsilə Türkmənistandan Azərbaycan Respublikasına qaz suapı razılaşmasına işarə ilə deyib ki, gələn il yanvarın birindən Türkmənistan qazının İran ərazisi vasitəsilə Azərbaycan Respublikasına nəqli başlanacaq.

İranın xarici işlər naziri söyləyib: Biz bütün sahələrdə öz əməkdaşlıqlarımızı sürətləndirmək və müxtəlif sahələrdəki anlaşmalarımızı gücləndirmək əzmindəyik.

İki ölkə parlamentlərinin bu sahədə mühüm rol oynaya biləcəklərini vurğulayan Əmir-Abdullahiyan bildirib ki, İran Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin bərpasında fəal iştiraka hazırdır.

İran xarici işlər nazirinin Bakıya səfərini iki ölkə əlaqələrinin gələcəyi üçün önəmli adlandıran Azərbaycan Respublikası Milli Məclisinin sədri iki ölkənin tarixi, dini və mədəni ortaqlıqlarına işarə ilə qeyd edib ki; İran 1991-ci ildə Azərbaycan Respublikasının suverenliyini rəsmən tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk ölkələrdən olub.

Sahibə Qafarova Azərbaycan Respublikası və İran başçılarının qarşılıqlı əlaqələrin qurulmasındakı rolunu mühüm adlandırıb. Bildirib ki, hal-hazırda bu ölkə parlamentində İran-Azərbaycan Respublikası parlament dostluğu qrupu fəaliyyət göstərir.

Azərbaycan Respublikası Milli Məclisinin sədri həmçinin İran və Azərbaycan Respublikasının parlament üzvlərinin beynəlxalq səviyyədə bu ölkələrin mövqelərini qarşılıqlı surətdə himayə etmələrini təqdirəlayiq və əhəmiyyətli adlandırıb.