Hərbi təlimlərdə hücum PUA-ları əməliyyatının uğurlu icrası
-
General pasdar Həmid Sorxili
Böyük Peyğəmbər(s.ə.s.)-17 birgə hərbi təlimlərinin quru bölməsinin sözçüsü bu hərbi təlimlərdə xüsusi təyinatlı qüvvələrin cənub sahillərində möhkəm və qətiyyətli hücum və müdafiə PUA-ları vasitəsilə uğurlu əməliyyat icrasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, General pasdar Həmid Sərxili Böyük Peyğəmbər(s.ə.s.)-17 birgə hərbi təlimlərinin üçüncü gününün kənarında deyib ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah, illik təlim-məşqlərin icrası istiqamətində bu hərbi təlimləri keçirib.
General Sərxili söyləyib: Hərbi təlimlərin bu mərhələsində xüsusi təyinatlı «Sabirin» qüvvələrinin hava, quru və dəniz kimi müxtəlif yollardan nüfuz niyyətində olan düşmənə zərbəvurma əməliyyatı keçirilib.
Böyük Peyğəmbər(s.ə.s.)-17 birgə hərbi təlimlərinin quru bölməsinin sözçüsü əlavə edib: Bu hərbi təlimlərdə həmçinin istər mexaniki surətdə buraxılan, istərsə də uzaq mənzilli, çox yaxşı partlayış gücünə malik kamikadze pilotsuzlarından uğurla istifadə edilib.
General Sərxili bildirib ki, hərbi təlimlərin birinci etapında sahilləri müdafiə və anti-hava-desant əməliyyatı uğurla həyata keçirilib.
O, deyib ki, Sepah-ın quru qüvvələri döyüş və hücum PUA-larından istifadə ilə düşmənə qarşı öz əməliyyat mənzilini genişləndirib və onların əməliyyatı uğurla həyata keçibdir.