İranın prinsipial siyasəti, İraqda sabitlik və təhlükəsizliyə dəstəkdir
-
Seyid İbrahim Rəisi
İran İslam Respublikasının prezidenti Tehranın prinsipial siyasətini İraqda sabitlik və təhlükəsizliyə dəstək adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Tehranda İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşdə İraqda parlament seçkilərinin dinc və təhlükəsiz keçirilməsindən razılıq ifadə edib. Bildirib ki, İran daima İraqda güclü məclis və hökumətin təşkilinə dəstək verib.
İran prezidenti əlavə edib: Hər bir demokratik quruluşda seçkilərə etiraz baş verə bilər. Mühüm olan məsələ budur ki, həm etirazlar, həm də onlara baxılması qanuni proseslərdə həyata keçirilmiş olsun.
«İraqda hər hansı əmin-amansızlıq bizim üçün, ölkədə əmin-amansızlıq kimidir»- deyən Rəisi söyləyib: İraqda sabitliyin hədələnməsi və əmin-amansızlığın törədilməsi qəbuledilməzdir və İran İslam Respublikasının prinsipial siyasəti, İraqda sabitliyə və bu ölkə hökumətinin qüdrətinə dəstəkdir.
İran İslam Respublikasının prezidenti həmçinin Amerikanın hərbi qüvvələrinin İraqdan çıxmalarına işarə ilə, söyləyib: Bu müvəffəqiyyət, İraqın xalqı və rəsmilərinin müqavimətindən irəli gəlir, yoxsa amerikanlar xalqların müqavimətlərilə üzləşdikləri hallar istisna olmaqla, hərbi müdaxilə etdikləri heç bir yerdən çıxmayıblar.
İranın Yəməndəki səfirini geri qaytarmaq üzrə səylərinə görə İraq hökumətinə minnətdarlıq edən Rəisi bildirib ki, geniş və dərin dini, mədəni və tarixi ortaqlıqlara,/ dostluğa söykənən İran-İraq əlaqələri ikitərəfli, regional və beynəlxalq miqyaslarda özünəməxsus əlaqələrdir. Bu əlaqələr səviyyəsinin yüksəldilməsi iki ölkənin və regionun xeyrinədir.
İraqın xarici işlər naziri Fuad Hüseyn də bu ölkənin xalqı və hökuməti adından, İraqın suverenliyi, təhlükəsizliyi və sabitliyinə qətiyyətli və daimi dəstək siyasətinə görə, İran İslam Respublikasına təşəkkür edib.